Bu barədə məlumatı AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi, E-kitabxana Mərkəzinin rəhbəri Mədinə Səidova Elmi şuranın onlayn iclasında institutun 2020-ci ilin I yarımillik hesabatına hazırlıq barədə çıxışı zamanı verib.
M.Səidova bildirib ki, institutun struktur bölmələrinə 2020-ci ilin birinci yarısında həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, elmi-təşkilati fəaliyyət və s. üzrə hesabatların hazırlanması tapşırılıb. Həmçinin qeyd edib ki, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılması və sosial izolyasiya tədbirlərini nəzərə alaraq, şöbələrin 6 aylıq hesabat iclaslarının onlayn formada keçirilməsi nəzərdə tutulur.
Elmi katib 2020-ci ildə institutun əsas tədqiqat istiqamətlərinə uyğun çapı nəzərdə tutulan biblioqrafik broşürlər haqqında da məlumat verib: “Elmi əsərlərin biblioqrafik göstəriciləri və xülasələrindən ibarət broşürlərin institutun 50 illik yubileyi ərəfəsində ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Bu nəşrlər alim və mütəxəssislər, gənc tədqiqatçılar, eləcə də tələbələr üçün qiymətli informasiya mənbəyi olacaq”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.