Böyük Britaniya Meteoroloji Mərkəzinin (UK Meteorological Office, Met Office) məlumatına görə, mərkəzin Ekseter şəhərində yerləşən qərargahında tezliklə Cray XC40TM superkompüteri quraşdırılacaq. Bu superkompüter sistemi alimlərə meteorologiya sahəsində daha ətraflı hava proqnozu təqdim etməyə imkan verəcək. Böyük Britaniyanın iqlim dəyişikliyi və meteorologiya sahəsində dünya liderlərindən birinə çevrilməsinə imkan verəcək Cray XC40TM superkompüterinin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. dailytechinfo.org saytının məlumatına görə, qurğunun tam tərkibdə hesablama gücündən istifadə yalnız 2017-ci ildə mümkün olacaq.
Qeyd edək ki, Cray XC40TM bu gün dünyanın ən sürətli superkompüter sistemlərindən biridir. Çəkisi 140 ton olan sistem 480 min hesablama nüvəsi, 2 milyon Qb yaddaş və 17 milyon Qb-a qədər verilənləri yadda saxlamaq üçün xarici yaddaş qurğusundan ibarətdir. Cray XC40TM superkompüteri saniyədə 16 min trilyon əməliyyatı emal edə bilir və hər saat dünyanın hava proqnozunu vermək iqtidarına malikdir.
Qurğunun qiyməti təxminən 256 milyon ABŞ dolları təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.