AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin “Maşın təlimi metodlarının müdaxilələrin aşkarlanması sistemlərinə tətbiqi” mövzusunda elmi seminarı keçirildi.
Məruzəni təqdim edən institutun magistrantı Ayşən Rzayeva ilk olaraq, müdaxilələrin aşkarlanması sistemləri və maşın təlimi metodlarının bu sistemlərdə tətbiqi imkanları haqqında ümumi məlumat verdi. O, müxtəlif maşın təlimi metodlarını təhlil edərək onların müsbət və mənfi cəhətlərini diqqətə çatdırdı.
Sonra A.Rzayeva KDD-99 və NSL-KDD verilənlərində müxtəlif maşın təlimi metodları ilə apardığı eksperimentlərin nəticələrini müqayisə etdi.
Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev maşın təlimi metodlarının müdaxilələrin aşkarlanması sistemlərinə tətbiqi üzrə bir sıra tövsiyə və təkliflər səsləndirdi.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.