“Ağıllı” səs axtarışı olan televizor üçün cihaz təqdim edilib

18 Fevral 2020 - 14:54 | Texnoloji yeniliklər
“Ağıllı” səs axtarışı olan televizor üçün cihaz təqdim edilib

Rusiyada “Okko onlayn kinoteatrı ağıllı səs axtarışı olan televizor üçün cihazı – “Okko Smart Box”u təqdim edib. 

“Okko Smart Box” həm müasir modellər, həm də Smart TV texnologiyasını dəstəkləməyən köhnə modellərə uyğun gəlir. Cihaz 4K qətnamə ilə məzmunu göstərməyi dəstəkləyir.

ferra.ru saytının məlumatına görə, “Okko Smart Box daxili ağıllı səs axtarışına malikdir. Onun köməyi ilə istifadəçilər Okko, YouTube onlayn kinoteatrlarında məzmun axtara və TV kanallarını dəyişdirə biləcəklər. Bunun üçün pultdakı mikrofon düyməsini basmaq, daha sonra filmin və ya proqramın adını söyləmək kifayətdir. Cihaz istifadəçilərə anten quraşdırmadan və tənzimləmədən 160 televiziya kanalına baxmaq imkanı verir.

Mütəxəssisloər “Okko Smart Box”un fevral ayında kütləvi istifadəyə veriləcəyini qeyd edirlər.