Yeni texnologiya kiçik obyektləri saniyələr ərzində çap edir

14 Fevral 2020 - 17:19 | Texnoloji yeniliklər
Yeni texnologiya kiçik obyektləri saniyələr ərzində çap edir

İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin alimləri kiçik yumşaq obyektlərin yeni yüksək dəqiqlikli 3D-çap metodunu tapıblar.

Mütəxəssislərin sözlərinə görə, innovativ 3D-çap metodu çox qısa müddətə detallı obyektlərin yaradılması üçün istifadə edilə bilər. Müxtəlif teksturların (toxuma, orqan və eşitmə aparatları) sərt hissələrini çap etmək imkanı texnologiyanı tibb və biologiya sahələri üçün əvəzsiz edir.

naukatv.ru saytının məlumatında bildirilir ki, ənənəvi 3D-çap texnologiyaları detalları qat-qat yaradır. Yeni metodika isə tomoqrafiyanın prinsiplərinə əsaslanır. Printer yarımşəffaf gel (bioloji gel və ya maye plastik kütlə) vasitəsilə lazer ötürərək işləyir. Lazer mayeni polimerləşmə prosesində bərkiməyə vadar edir. Çap edilən obyektin formasından asılı olaraq, alqoritm şüaların miqdarını və hansı bucaq altında yönəldilməli olduğu istiqaməti dəqiqliklə hesablayır. Artıq sistem 80 mikrometr dəqiqliklə 2 sm-lik konstruksiyalar hazırlaya bilir. Hazırda mühəndislər komandası daha böyük ölçülü (15 sm-ə qədər) obyektləri çap edəcək yeni qurğuların yaradılması üzərində işləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.