Beş illik “AI for Health”(Sağlamlıq üçün süni intellekt) proqramı çərçivəsində “Microsoft” korporasiyası şirkətlərə, qeyri-kommersiya təşkilatlarına və alimlərə tibdə ən əhəmiyyətli problemlərin həlli üçün süni intellekt texnologiyalarına çıxış imkanı təqdim edəcək.
“Microsoft” beş il ərzində səhiyyə sənayesi üçün 40 milyon dollarlıq süni intellekt texnologiyasına investisiya qoyan “AI for Health” proqramını satışa çıxardığını elan edib. Təşəbbüs pul qrantları daxil olmaqla şirkətlərə, qeyri-kommersiya təşkilatlarına və elm adamlarına süni intellekt alətlərinə, bulud hesablama və digər zəruri mənbələrə giriş əldə etməyə imkan verəcək.
Proqramın diqqət yetirəcəyi əsas cəhət və prinsiplər aşağıdakılardır:
nanonewsnet.ru saytının məlumatına əsasən, təşəbbüs şirkətin 165 milyon dollar sərmayə qoyduğu “AI for Good” layihəsinin bir hissəsidir və cəmiyyətin ən mürəkkəb problemlərini süni intellektin köməyi ilə həll etmək məqsədi daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.