Dördmetrlik ekzoskelet Ginnesin rekordlar kitabına düşüb

03 Fevral 2020 - 15:16 | Maraqlı məlumatlar
Dördmetrlik ekzoskelet Ginnesin rekordlar kitabına düşüb

Kanadalı ixtiraçının hazırladığı dördmetrlik nəhəng “hörümçək” dünyanın ən böyük ekzoskeleti kimi Ginnesin rekordlar kitabına düşüb.

Vankuver sakini Conatan Tippet beş ton ağırlığında yükü daşıya bilən ekzoskelet hazırlayıb. 13 il ərzində ərsəyə gələn nəhəng hörümçəkşəkilli qurğunun uzunluğu 5,1 metr, çəkisi isə 1,5 tondur.

onauke.info saytının verdiyi xəbərə görə, cihaz aerokosmik sənayedə geniş istifadə olunan xrom borulardan ibarətdir. Onun mexanizmi yüksək tutumlu litium-ion batareyada işləyən iki elektrik mühərriki ilə təchiz olunub. Ekzoskelet özünün mərkəzində dayanan şəxs tərəfindən idarə olunur.

Xatırladaq ki, ötən ilin dekabr ayında Amerikanın Sarcos Robotics şirkəti Guardian XO” ekzoskeletini təqdim edib. Bu cihaz insana heç bir səy göstərmədən 90 kiloqram ağırlığında yük qaldırmağa imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.