Daim inkişaf etməkdə olan “Google translate”in ən son yeniliklərdən biri səsli tərcümədir. Xidmət artıq bir çox dili dəstəkləsə də, funksiyaları arasında işarə dilini anlamaq və tərcümə etmək mövcud deyildi. Bu səbəbdən mütəxəssislər əl hərəkətlərini nitqə çevirə biləcək süni intellekt hazırlayıb.
4pda.ru saytının məlumatına görə, süni intellektin vəzifəsi jestləri nitqə çevirməkdən ibarət olacaq. “Google translate”in bu funksiyası nitq qüsurlu insanların işarə dilini bilməyən digər şəxslərlə ünsiyyət qurmalarını asanlaşdıracaq. Şirkət texnologiyanı nümayiş etdirmək üçün smartfon üzərində sınaqlar aparıb. Lakin daha əvvəl belə mürəkkəb alqoritmləri emal etmək üçün güclü masaüstü kompüterlərdən istifadə etmək lazım idi.
“Google” nümayəndələri “Bu texnologiyanı daha etibarlı və sabit hala gətirərək genişləndirməyi, eyni zamanda müəyyən edilə bilən jestlərin sayını artırmağı planlaşdırırıq”, – deyə qeyd ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.