İctimai nəqliyyatda gediş haqqını elektron pul kisəsi ödəyəcək

03 Fevral 2020 - 09:07 | Texnoloji yeniliklər
İctimai nəqliyyatda gediş haqqını elektron pul kisəsi ödəyəcək

Belarusiyanın qədim şəhərlərindən olan Qomeldə bu ayın 6-dan etibarən ictimai nəqliyyatda gediş haqqı elektron pul kisəsi vasitəsi ilə ödəniləcək.

Bu barədə məlumat verən “Gomeloblavtotrans” ASC-nin baş direktoru Dmitri Starostenko bildirib ki, bu ödəniş sistemi QR kodu ilə işləməyə əsaslanır. O, İnformasiya texnologiyalarının inkişafı “Gomeloblavtotrans” ASC-nin 2020-ci il üçün prioritet vəzifəsidir. Bu layihəni uğurla həyata keçirəcəyimizə əminik, - deyə qeyd edib.

belta.by saytının məlumatına görə, mobil proqramı Minsk şirkəti hazırlayıb və “Belinvestbank” elektron pul kisəsi texnologiyasını təqdim edib. Sistem şəhər marşrutlarından birində sınaqdan keçiriləcək. İlin sonuna qədər şəhərdaxili bütün ictimai nəqliyyatlarda gediş haqqının smartfonlarla həyata keçirilməsi planlaşdırılır.

Mütəxəssislər həm sakinlər, həm də müəssisələrin rahatlığı üçün müasir texnologiyaların nəqliyyat sektorunda fəal şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.