Birinci tip diabetlə yaşayan insanlar qanda şəkərin səviyyəsini daim yoxlamalı və insulin vurmalıdırlar. İsrail biotibb şirkəti iddia edir ki, tezliklə yeni implantlar sayəsində buna ehtiyac olmayacaq.
“Beta-O2 Technologies” şirkəti titandan implantasiya edilə bilən cihazın prototipini hazırlayıb. Onu “Bio-süni mədəaltı vəz” və ya “ßAir” adlandırıblar. Aparatın içərisində yalnız 64 mm ölçüdə canlı pankreas hüceyrələri olan mikrokapsül var. Bunları insan donorlarından və ya xəstənin öz kök hüceyrələrindən böyütmək olar. Oksigen çənindəki xarici limanı həftədə bir dəfə oksigen ilə doldurmaq lazımdır.
Dərinin altına implantasiya etdikdən sonra “ßAir” qlükoza səviyyəsini daim izləməyə başlayır. Zəruri olduqda pankreas hüceyrələri insulin istehsal edir və çatdırır. Lakin cihazın əsas xüsusiyyəti oksigen ehtiyatıdır. Süni mədəaltı vəz ilə edilən əvvəlki təcrübələr xəstənin qanında oksigen məhdudluluğu vəziyyətində olması halında hüceyrələrin həyat qabiliyyətini itirdiyini göstərib.
hightech.plus saytının məlumatına əsasən, “ßAir” artıq İsveçdən olan dörd pasiyentdə sınaqdan keçirilib. On aylıq sınaqdan sonra heç bir əks təsiri müşahidə olunmayıb, hüceyrələr canlı və aktiv qalıb. Hazırda şirkət cihazın ikinci nəslini siçanlar üzərində sınaqdan keçirir və bu da, yaxşı nəticələr göstərir.
Qeyd edək ki, insanlar üzərində daha böyük klinik araşdırmalar bu il üçün planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.