Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Təşkilatı (İTEC) informasiya texnologiyalarının əsasları, idarəetmə, liderlik, sahibkarlıq və tibb sahələri üzrə təlim proqramları təşkil edir.
Kurslarda ingilis dili bacarıqları olan 25-45 yaş arası şəxslər iştirak edə bilərlər.
Təşkil olunan təlim kurslarına müraciətlə bağlı ətraflı məlumat www.itecgoi.in səhifəsində yerləşdirilib.
Namizədlər doldurulmuş müraciət formalarını 31 yanvar 2020-ci il tarixinə kimi İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinə təqdim edə bilərlər.
Qeyd edək ki, bu müraciət formaları iro@iit.science.az elektron ünvanına göndərməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.