“İterativ çəkili K-means alqoritmi və eksperimental nəticələr” mövzusunda məruzə dinlənilib

29 Yanvar 2020 - 15:43 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirilib.

İnstitutun doktorantı Şəlalə Tahirzadə “İterativ çəkili K-means alqoritmi və eksperimental nəticələr” mövzusunda məruzəni təqdim edib.

Məruzəçi geniş istifadə edilmiş klasterləşdirmə alqoritmi olan K-means və onun mərhələləri haqqında ətraflı məlumat verib. O, alqoritmin dayanma şərtləri, digər metodlardan üstün və mənfi xüsusiyyətlərini diqqətə çatdırıb.

Ş.Tahirzadə K-means-in modifikasiyasi olan İterativ k-means-in addımları barədə danışıb və təklif edilmiş İterativ çəkili k-means alqoritminin mərhələlərinə nəzər yetirib.

Məruzəçi alqoritmin eksperimental nəticələrini nümayiş etdirib və bildirib ki, eksperiment R v 3.5.3 proqramlaşdırma dilində həyata keçirilib, müxtəlif ölçülü verilənlər üzərində eksperimentlər reallaşdırılıb.

Sonra müxtəlif qiymətləndirmə indeksləri (Purity, Davies-Bouldin) vasitəsilə nəticələr qiymətləndirilib. Hesablanmış qiymətlər vasitəsilə K-means, IK-means və IWK-means müqayisə edilib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini səsləndirib. O, bu istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.