2018-ci ilədək smartfonlar mobil telefonları bazardan çıxaracaq

23 Oktyabr 2014 - 09:19 | Maraqlı məlumatlar
2018-ci ilədək smartfonlar mobil telefonları bazardan çıxaracaq

2014-cü ildə dünya üzrə satılan planşetlərin sayı 229 milyona çatacaq. Bu, ötən illə müqayisədə 11 % çoxdur.

Gartner” analitik şirkətinin apardığı araşdırmaların nəticələrinə görə, 2014-cü ildə dünya üzrə bütün qadjetlərin (kompüter, planşet, smartfon) satış göstəriciləri 2,5 milyarda çatacaq ki, bu da 2013-cü illə müqayisədə 3,2 % çoxdur. 

Hazırda  mobil rabitə bazarında smartfonlar liderlik edir, onların payı 71 faiz təşkil edir. Bu il smartfonların satışı iki dəfə artıb. “Gartner”in proqnozlarına görə, 2018-ci ildə 10 mobil telefondan 9-u smartfon olacaq.

Mobil əməliyyat sistemləri arasında liderliyi isə yenə də Android və iOS edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.