Onlarla ABŞ məktəbində süni intellektə əsaslanan təhlükəsizlik sistemi tətbiq edilib. O, həm dərs, həm də fasilələr zamanı hər bir tələbənin fəaliyyətini izləmək imkanına malikdir.
İlk olaraq, doqquz rayonun məktəbləri “Avigilon” adlı təhlükəsizlik sistemini tətbiq edib. Bu məktəblərin sırasında 2018-ci ildə məktəblilərə hücum zamanı 17 nəfərin ölümünə səbəb olan Parklend şəhəri də var. Müşahidə kameraları süni intellektə əsaslanan sistemlə təchiz edilib. Sistem bütün şagirdlərin və müəllimlərin hərəkətlərini izləyən, xarici əlamətlərlə fərqləndirən məlumat bazası ilə əməliyyatlar edir.
Bu əlamətlərə yaş, cinsiyyət, geyim və üz xüsusiyyətləri daxildir. Qeyd olunan məlumatlara əsaslanan sistem müəyyən şəxsin məktəbin hansı hissəsində olduğunu müəyyənləşdirir. Buna əsasən, məktəb rəhbərliyi şagirdlərin davranışlarını tənzimləməyi planlaşdırır.
Bundan əlavə, sistem avtomatik olaraq məktəbdə olması zəruri olmayan şəxsləri aşkar edəcək. hightech.fm saytının məlumatına görə, bunun üçün süni intellekt bir insanın binada neçə dəfə göründüyünü təyin edir. Əgər şəxs “atipik və şübhəli” davranarsa, sistem avtomatik olaraq mühafizəçiyə məlumat verəcək.
“Avigilon”nun yaradıcıları bunun üz tanıma sistemi olmadığını qeyd edirlər. Mütəxəssilər bildirirlər ki, təsvirlər müəyyən insanın adına və ya şəxsiyyətinə bağlı deyil və alət üzün cizgilərindən istifadə edə bilsə də, “şübhəlilərin” digər cəhətlərinə də diqqət edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.