“Elastiklik, plastiklik və sürgənlik nəzəriyyəsinin əsasları” adlı dərs vəsaiti nəşr olunub

22 Yanvar 2020 - 15:14 | Yeni nəşrlər
“Elastiklik, plastiklik və sürgənlik nəzəriyyəsinin əsasları” adlı dərs vəsaiti nəşr olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Materiallar müqaviməti kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, professor İsmayıl Sadıqovun “Elastiklik, plastiklik və sürgənlik nəzəriyyəsinin əsasları” adlı dərsliyi nəşr olunub.

AR Təhsil Nazirliyinin müvafiq əmri ilə nəşr edilən dərslik “Elastiklik nəzəriyyəsi”, “Plastiklik nəzəriyyəsinin əsasları” və “Sürüngənlik nəzəriyyəsinin əsasları” adlı üç bölmədən ibarətdir.

Vəsaitdə elastiklik və plastiklik nəzəriyyəsinin əsasları fənninin predmeti, əsas anlayışları və fərziyyələri barədə məlumat verilir. Sözügedən nəzəriyyənin inkişaf tarixinə qısa nəzər salınan dərsliyin giriş hissəsində nəzəriyyələr arasındakı fərqlərdən, nəzəriyyələrin araşdırdığı obyektlərdən bəhs olunur.

Nəşr ali təhsil müəssisələrinin bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan tələbələr, doktorantlar, professor-müəllim heyəti, habelə müxtəlif ixtisas sahələrində çalışan mühəndis-texniki işçilər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.