“Click & Touch” klaviaturasının əsas xüsusiyyəti eyni vaxtda həm klaviatura, həm də kompüter siçanı kimi xidmət etmək bacarığıdır. Taçpad klaviaturasını yalnız kompüter üçün deyil, digər avadanlıqlar üçün də istifadə etmək mümkündür.
Kompüter siçanı kimi işlətmək üçün ayrıca toxunma panelinə ehtiyac yoxdur, çünki toxunma zonası klaviaturanın üzərində yerləşir. Kursor sadəcə düymələrdə barmaqları hərəkət etdirməklə idarə olunur. “Click & Touch”a bir barmaqla toxunmaq sol siçan klikinə, iki barmaq ilə toxunmaq isə sağ siçan klikinə bərabərdir. Taçpaddə bir idarəetmə rejimindən digərinə keçid istifadəçi tərəfindən xüsusi tədbirlər tələb olunmadan avtomatik həyata keçirilir.
planet-today.ru saytının məlumatına görə, “Click & Touch” klaviaturası eyni vaxtda beş cihaza qoşula bilir. İstehsalçılar onlar arasındakı qarşılıqlı əlaqəni təmin etmək üçün üç rabitə kanalı hazırlayıb: Bluetooth, USB Type-C və radiointerfeys.
Dünyanın ilk taçpad-klaviaturası adlandırılan cihaz yalnız kompüterlərlə deyil, həm də smartfonlar, pultlar və “ağıllı” televizorlarla əlaqə qurmaq üçün istifadə olunacaq.
Mütəxəssislər “ağıllı” klaviaturanın ilkin satış qiymətinin 6990 rubl olacağını gözləyirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.