Microsoft şirkəti Windows-7 sisteminin istifadəçilərinə təzə kompüter almağı məsləhət görür

14 Yanvar 2020 - 10:54 | Maraqlı məlumatlar
Microsoft şirkəti Windows-7 sisteminin istifadəçilərinə təzə kompüter almağı məsləhət görür

Yanvarın 14-dən etibarən Windows-7 əməliyyat sisteminin dəstəklənməsi dayandırılacaq. Bununla əlaqədar Microsoft şirkəti Windows-7 əməliyyat sisteminin istifadəçilərinə təzə kompüter almağı məsləhət görür.

yamobi.ru saytının məlumatına görə, şirkət Surface seriyasından olan firma qurğularından istifadə etməyi məsləhət görür. Məqalədə istifadəçilərin tez-tez verdiyi suallara cavab bölməsində dəqiqləşdirilir ki, mövcud kompüterdə işləyən sistemi yeniləşdirmək əvəzinə yeni fərdi kompüter almaq məsləhətdir.

Windows-7 istifadəçilərinin əksəriyyətinə Windows-10 sisteminə keçmək tövsiyə olunur. Bu qurğular daha sürətli, daha yüngül və təhlükəsiz olmaqla bərabər 8 il bundan əvvəl ortaq statistik fərdi kompüterlərin qiyməti ilə müqayisədə xeyli ucuz başa gəlir.

Şirkətin nümayəndələri bildirirlər ki, Windows-7-nin sadəcə Windows-10 ilə əvəz edilməsi məsləhət deyil, çünki bəzi komponentlər və drayverlər düzgün işləməyə bilər.

Windows-7 sisteminin istifadəçiləri köhnə kompüterlərdə Windows-10 sisteminə keçəndə həqiqətən bu cür çətinliklərlə üzləşirlər. Məsələn, kart oxuyucu qurğular və ya barmaq izlərinin skanerləri işləməyə bilər.

Adi istifadəçilər üçün Windows-7 sisteminin dəstəklənməsi 2020-ci il yanvarın 14-də başa çatır. Statistik məlumata görə, hazırda dünyada Windows-7 sisteminin istifadəçilərinin sayı 400 milyona yaxındır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.