Bu il internet istifadəçilərini hansı kibertəhlükələr gözləyir?

08 Yanvar 2020 - 17:34 | İnternet-50
Bu il internet istifadəçilərini hansı kibertəhlükələr gözləyir?

Mütəxəssislərin fikrincə, kibertəhlükələrin mənzərəsi ilbəil dəyişir – yeni meyllər, vasitələr və həssaslıqlar ortaya çıxır. Bəs, 2020-ci ildə kiber cinayətkarlardan və onlarla mübarizə aparan tədqiqatçılardan hansı yeniliklər gözlənillir?

“Eset Russia” beynəlxalq şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri kibertəhlükələrin minimuma endirilməsi üçün istifadəçilərin hansı məqamlara diqqət etməli olduqları barədə danışıblar. Onların sözlərinə görə, hazırda kibertəhlükəsizlik sahəsində mütəxəssis çatışmazlığı var.

Hazırda informasiya təhlükəsizliyinin qorunmasında süni intellektdən geniş istifadə olunur. “Jet İnfosistemlər İnformasiya Təhlükəsizliyi Mərkəzi”nin baş mühəndis-dizayneri Aleksandr Asmolov izah edir ki, əşyaların İnternetinə aid kompromis qurğular müxtəlif hücumlara qarşı botnetlərdə birləşirlər.

 “Avast” “Threat Landscape Report”un 2020-ci il üçün kibertəhlükəsizlik proqnozlarını təqdim edib. “Avast” mobil qurğularının təhlili və qorunması şöbəsinin müdiri Nikolaos Hrisaidos bildirib ki, burada əsas tendensiyalar ağıllı qurğulara hücumların sayının artması, iOS-da zəifliklərin axtarışı, zərərli proqramların yayılmasının yeni üsulları və məxfiliyə diqqətin artırılmasıdır. O, qeyd edib ki, Rusiyada ağıllı evlərin 44% -dən çoxu hücum riski altındadır.

 Xatırladaq ki, 2019-cu ildə tədqiqatçılar “Google Play Store”da dəfələrlə istifadəçilərin şəxsi məlumatlarına daxil olmaq hüquqlarından sui-istifadə edən casus proqramlarını aşkar edən tətbiqlər hazırlayıblar.

“Oberon”un informasiya təhlükəsizliyi departamentinin direktoru Andrey Golovin qeyd edir ki, 2020-ci ildə informasiya təhlükəsizliyindəki tendensiyalardan biri hakerlərin diqqətini böyük şirkətlərə yönəltməkdir. O, korporativ sektorun hələ də haker hücumlarına qarşı həssas olduğunu diqqətə çatdırır. Bildirir ki, hakerlərin marağına görə ikinci yerdə istifadəçilərin şəxsi məlumatları olacaq.

“Check Point Software Technologies” şirkətinin mütəxəssisləri hesab edirlər ki, süni intellekt texnologiyalarından istifadə cəmiyyətə getdikcə daha çox təsir edəcək və kiberhücumlar kiçik ölkələr arasında dolayı münaqişə kimi istifadə ediləcək.

gazeta.ru saytının məlumatına görə, fərdi məlumatların qorunması məsələsi hər zaman gündəmdə qalmağa davam edəcək, çünki hər bir istifadəçi şəbəkədə nəzərə çarpan rəqəmsal iz buraxır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.