Görmə əngəlli insanlar üçün pəncərələr hazırlanıb

08 Yanvar 2020 - 15:35 | Texnoloji yeniliklər
Görmə əngəlli insanlar üçün pəncərələr hazırlanıb

Amerikanın “Ford” şirkəti görmə əngəlli insanların təsvirləri “görə biləcəkləri” cihaz hazırlayıblar. “Feel The View” adlanan yenilik “Ford” tərəfindən İtaliyada “GTB” və yerli şirkət “Aedo” ilə birlikdə həyata keçirilib.

planet-today.ru saytının məlumatına görə, innovativ texnologiya avtomobil pəncərələrinə göndərilən və görmə əngəlli insanların toxunduğu zaman hiss edə biləcəyi 255 vibrasiya vasitəsilə hisslərin ötürülməsinə əsaslanır. Translyasiyaların başlaması üçün yalnız düyməni basaraq cihazı aktivləşdirmək tələb olunur. Bu zaman o, mənzərənin şəklini çəkir. Şəkil boz rəngli çalarlara çevrilmiş monoxrom görüntü olsa da, texnologiyanın hər çaları onu intensivliyi rəng doyma ilə bağlı olan unikal vibrasiyaya çevirir.

Bu, görmə əngəlli və ya görmə qabiliyyəti zəif olan insanlara ən kiçik detalları hiss etmək üçün toxunuşdan istifadə edərək nümayiş olunan mənzərələri “görmək”, daha doğrusu, “hiss etmək” imkanı verir. Beləliklə, görmə qüsurlu insanlar ətrafdakı mənzərəni həm bütövlükdə, həm də ayrı-ayrı obyektləri qiymətləndirə bilərlər.

Bundan əlavə, şəkli daha dəqiq çatdırmaq üçün görüntüyə aid açar sözləri tələffüz etmək imkanına malik olan sistemə qurulmuş virtual köməkçi tərəfindən müəyyən kömək göstərilə bilər.

“Biz insanların həyatını yaxşılaşdırmağa çalışırıq. Görmə qabiliyyəti məhdud sərnişinlərin sürücülük etməsinə kömək üçün bu yenilik əla fürsət oldu. Texnologiya inkişaf etsə də, konsepsiya sadədir. Bu da görmə qüsurlu insanlar üçün dünya səyahətlərinin unudulmaz olmasına şərait yaradır”, - deyə şirkətin mütəxəssisləri izah ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.