Massaçusets Texnologiya İnstitutunun (MİT) alimləri insan üzünü dəyişdirmək və təqlid etmək imkanına malik olan material hazırlayıblar. Gələcəkdə süni əzələləri sürətli hazırlamaq üçün bu yenilikdən istifadə oluna bilər.
MİT tədqiqatçısı Vim Van Ris nazik düz təbəqəni daha mürəkkəb formalara - məsələn, insan üzünə çevirmək üçün yeni üsul hazırlayıb. Alim qeyd edib ki, səth dartılmaq, sıxılmaq və ya parçalanmaq kimi xüsusiyyətlərə malik deyil. Tədqiqatçılar yalnız düz səthləri deformasiya etmək istədikdə problem yaranır.
“Məqsədim sadə metodun köməyi ilə materialları mürəkkəb, üçölçülü formalara çevirməyə kömək edə bilən texnologiya hazırlamaq idi. Bunu etmək üçün materialı necə “proqramlaşdırmaq” lazım olduğunu düşünürdüm”, - deyə Ris qeyd edib.
hightech.fm saytının məlumatına əsasən, bu problemin həlli üçün Van Ris və onun həmkarları torlu qəfəs şəklində strukturdan istifadə etməyə qərar veriblər. Tədqiqatçılar onu temperaturun yüksəlməsi zamanı genişlənən rezin materialdan hazırlayıblar.
Barmaqlıqdakı intervallar materialı səth sahəsində böyük dəyişikliklərə uyğunlaşdırmağı asanlaşdırır. MİT komandası virtual üz xəritəsi hazırlayıb və alqoritmdən istifadə edərək düzgün rəsm şəklinə keçib.
Tədqiqatçılar qeyd ediblər ki, gələcəkdə bu yenilikdən süni əzələlərin yaradılması üçün istifadə etmək olar: “Çünki material sərbəst formaya gətirilmək imkanına malikdir”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.