“Amazon” şirkəti “Amazon Go” “ağıllı” mağazaları üçün əltanıma texnologiyasını patentləşdirib. Sistem insanı əlindəki damarlar, qırışlar, həmçinin sümüklər və yumşaq toxumalar vasitəsilə tanıya biləcək.
Texnologiyanın yaranmasında əsas məqsəd satıcılar və təhlükəsizlik işçiləri olmayan “ağıllı” mağazalarda oğurluq hadisələrinin qarşısını almaq olub.
ferra.ru saytının məlumatına görə, mağazaya birinci dəfə yaxınlaşan müştərilərin əlləri haqqında biometrik məlumatlar ilkin analizdən sonra şirkət bazasına köçürülür, bunun əsasında sistem alıcını növbəti səfəri zamanı müəyyənləşdirə bilir. Yeni sistem mağazaya getməzdən əvvəl potensial alıcıları proqram yükləmək və orada qeydiyyat keçmək ehtiyacından xilas edəcək.
Xatırladaq ki, şirkət ilk tam avtomatlaşdırılmış “Amazon Go” mağazasını ötən ilin əvvəllərində alıcıların istifadəsinə verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.