Dizaynerlər hər zaman orijinal formaya malik qeyri-adi vizit kartları hazırlamağa çalışırlar. Mühəndis Corc Hiliard kağız parçasını “Linux” ilə işləyən tam bir kompüterə çevirməyi bacarıb.
Bu vizit kartının gücü kompüter nöqteyi-nəzərindən qiymətləndirilsə, o, “Raspberry Pi” və ya “Orange Pi” analoqlarından cüzi dərəcədə az ola bilər. Karta minimum sayda radiokomponent və mikrosxem quraşdırılıb.
4pda.ru saytının məlumatına görə, kartda 8 MB yaddaş qurğusu quraşdırılıb. Yaddaşın bu bölməsinin kiçik tətbiqləri quraşdırmaq üçün istifadə edilə biləcəyi nəzərdə tutulub. “Linux”-un əvvəlcədən quraşdırılmış versiyasını yükləmək üçün vizit kartını USB konnektoru vasitəsilə kompüterə qoşmaq kifayətdir.
Vizit kartını yaddaş kartı kimi istifadə etmək mümkün olsa da, 8 MB həcm heç bir multimedia faylını saxlamağa imkan vermir. İstehsalçılar sxemin konsepsiyasını dəyişdirdikdə onun məhsuldarlığının bir qədər də artacağını gözləyirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.