Müasir texnologiyalar dövründə evi təmizləməkdən ev təsərrüfatının enerji istehlakını optimallaşdırmağa qədər bütün işlər səmərəli şəkildə təşkil edilə bilər.
“Ağıllı” evin əvəzolunmaz “beşliyi” insanların həyat səviyyəsini yaxşılaşdırmağa səy göstərir:
Safera
2006-cı ildə məhsulun dizaynı üzrə fəaliyyətə başlayan şirkət, hazırda yanğından mühafizə sahəsində liderdir. “Safera” təhlükəsiz və xoş təamlar hazırlamaq prosesini təmin etmək üçün istənilən mətbəxdə asanlıqla quraşdırıla bilən ağıllı cihazlar istehsal edir.
“Safera”nın ən son məhsulu “Safera Sense” bişirmək, havanın təmizliyini qorumaq və yanğının qarşısını almağa kömək edən ilk “ağıllı” yemək tənzimləyicisidir. O, yemək hazırlayarkən fikrini cəmləşdirə bilməyən, bu səbəbdən, onu yandıran evdar xanımlar üçün lazım olan hər şeyi edir.
Bu tənzimləyici praktik, eləcə də istifadəsi asan olan müasir ağıllı ev texnologiyasının mükəmməl nümunəsi hesab olunur.
“Bizim məhsul özündə sobanın hava keyfiyyətini ölçmə və bişirmə tətbiqinin təhlükəsiz işini birləşdirir”, - deyə baş direktor Mikko Reynkaynen qeyd edir.
OptiWatti
Hər bir otaqda temperaturu tənzimləmək üçün sadə yol təqdim edən “OptiWatti” ağıllı sistemi insanların rahatlığını pozmadan isitmə və soyutmaya 40 faiz qənaət edir.
“OptiWatti” sistemi gün ərzində otaqdakı temperaturu nəzarətdə saxlayır və günün saatına, eləcə də istifadəçinin seçiminə uyğun olaraq tənzimləyir. Sistem hər bir otağın ayrı-ayrılıqda temperaturun dəyişməsinə necə reaksiya verdiyini öyrənir və havanın temperaturu, eləcə də elektrik enerjisinin qiymətindəki dalğalanmaları nəzərə alır.
Phyn
Finlandiya şirkəti Afteror və Şimali Amerika şirkəti Belkin International-ın bu ortaq sistemi evləri sızmalardan qorumaqla yanaşı, su və pula qənaət etməyə kömək edir.
Goodnewsfinland.ru saytının məlumatına görə, hazırda “Phyn Plus” vasitəsilə ABŞ və Avropadakı evlərdə suyun istehlakı yeni səviyyəyə keçir. Sistem su təzyiqindəki dalğalanmaları ölçür və mobil tətbiqetmə vasitəsi ilə ev sahiblərini sudan istifadə zaman yaranan qəribəliklər barədə xəbərdar edir. Ciddi sızma halında sistem avtomatik olaraq su təchizatını dayandırır.
“Phyn Plus” sayəsində evin ətrafında əlavə tənzimləyici yerləşdirməyə ehtiyac qalmır. Evdə quraşdırılmış yeni qurğu bütün su təchizatı sistemini idarə etməyə imkan verir.
Plantui
“Plantui”nin köməyi ilə ev şəraitində bitkilərə qulluq etmək insanlar üçün daha səmərəlidir. Bu unikal çoxfunksiyalı qapalı bağ qurğusu il ərzində 40-dan çox müxtəlif bitki yetişdirməyə kömək edir.
Dizayner və həmtəsisçi Yanne Loyske bildirir ki, bu sistemin üstünlüyü istifadənin rahatlığı, bitkiləri böyütmə və işıqlandırma şəraiti, aparıcı texnologiya, eləcə də aşağı enerji istehlakının olmasıdır.
Şirkətin pərakəndə şəbəkəsi artıq Avropa, Asiya və Şimali Amerikanın 20-dən çox ölkəsində genişləndirilib.
Moppi
“Moppi” ağıllı evlərin də mütəmadi olaraq təmizliyə ehtiyacı olması səbəbi ilə müştəriləri təmizlik mütəxəssisləri ilə birləşdirir və bütün prosesi daha sadə, eləcə də rahat edir.
İnternet üzərindən göstərilən xidmətlərdən istifadə edən gənc nəsil üçün Moppi xidməti bir neçə dəqiqə ərzində təmizlik şirkətini, lazımi təmizlik xidmətini tapmağa, təmizlənmənin tarixini planlaşdırmağa və hesabı ödəməyə imkan verir.
Bu onlayn platformanın üstünlüyü müştərilərin daha az ödəniş etmələrindədir. Şirkətin həmtəsisçisi Matti Tiaynen qeyd edir ki, sistemin yaradılmasında məqsəd müştəriləri tapmaq, sifariş vermək və həqiqətən təmizliyə diqqət yetirmək məqsədi ilə peşəkar təmizləyicilər üçün platforma yaratmaq idi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.