Yeni texnologiya 3D-çapın sürətini 10 min dəfə artırır

25 Dekabr 2019 - 11:03 | Maraqlı məlumatlar
Yeni texnologiya 3D-çapın sürətini 10 min dəfə artırır

Çinin Honkonq Universitetinin alimləri tərəfindən təqdim edilən yeni texnologiya 3D-çapın sürətini 10 min dəfə artırır. O, həmçinin predmetlərin istehsalı xərclərini azaldır.

hightech.fm saytının məlumatına görə, yüksək dəqiqlikli 3D-çap texnologiyası ən dəqiq biotibb və foton qurğularının istehsalı üçün əhəmiyyətli metoddur. Lakin onun sürəti olduqca zəifdir. Bu səbəbdən Honkonq Universitetinin Maşınqayırma və avtomatlaşdırma kafedrasının tədqiqatçıları bu texnologiyanı təkmilləşdirməyi və sürətləndirməyi təklif ediblər.

Onlar bu problemi müvəqqəti fokuslama vasitəsilə lazer spektrini sürətləndirmək yolu ilə həll ediblər. Bu zaman çap prosesi nöqtəbənöqtə deyil, qat-qat yerinə yetirilir. Yeni texnologiya sürəti 10 min dəfə artırır və materiallara sərf olunan xərcləri 98 faiz azaldır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.