Kiçik dok-stansiya smartfonu stolüstü kompüterə çevirəcək

25 Dekabr 2019 - 10:27 | Maraqlı məlumatlar
Kiçik dok-stansiya smartfonu stolüstü kompüterə çevirəcək

Çinin “Baseus” markası “Android” əməliyyat sistemi ilə işləyən qadcetlər üçün yeni model dok-stansiya təqdim edib. O, eyni zamanda periferiya qurğularının qoşulması üçün istifadə oluna bilər. Qadcetin köməyilə smartfonun imkanlarını noutbuk səviyyəsinədək genişləndirmək mümkündür. O, həm də digər qurğuları enerji ilə doldurur. Qiyməti isə 38 dollar təşkil edir.

techcult.ru saytının məlumatına görə, “Baseus”un əsas funksiyası smartfona əlavə yaddaş və monitor qoşmaqdır ki, bu da onunla stolüstü kompüter formatında işləməyə imkan verir. Dok-stansiya sayəsində eyni zamanda istənilən tipli 3 ədəd USB-qurğunu (klaviatura, xarici yığıcı, printer və ya xüsusi avadanlıq) smartfona qoşmaq olar.

Dok-stansiya rəsmən “P” seriyalı “Huawei Mate”, “Samsung S” və “Samsung Note” modellərinə uyğundur. Yeganə çatışmazlıq ondan ibarətdir ki, burada simsiz enerji doldurma texnologiyaları mövcud deyil. Bu səbəbdən smartfonun özünü enerji ilə doldurmaq üçün funksionalın bir hissəsindən istifadə etmək lazım olacaq ki, bu da onun kompüter kimi tətbiqi imkanlarını məhdudlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.