"Süni Günəş" 2020-ci ildə istifadəyə veriləcək

24 Dekabr 2019 - 17:19 | Texnoloji yeniliklər
"Süni Günəş" 2020-ci ildə istifadəyə veriləcək

Çinli alimlər “East” adlandırılan HL-2M istilik-nüvə reaktoru üzərində işləyərək, “süni günəş” sistemini istifadəyə verməyə hazırlaşırlar. Sistemin 2020-ci ilə qədər tam hazır olacağı güman edilir.

gazeta.ru saytının məlumatına görə, “süni Günəş” indikindən 13 dəfə isti olacaq. Onun temperaturu 200° C-ə çatacaq.

Mütəxəssislər sistemin işə düşdükdən sonra enerji istehsal edəcəyini qeyd edirlər.

“Süni günəş” sistemi müvəffəqiyyətli olacağı halda elm adamlarını nüvə birləşməsinin son hədəfinə – sonsuz, ucuz və təmiz enerji istehsalına yaxınlaşdıra biləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.