Dubayda dünyanın ən böyük 3D çap binası istifadəyə verilib

24 Dekabr 2019 - 08:55 | Texnoloji yeniliklər
Dubayda dünyanın ən böyük 3D çap binası istifadəyə verilib

“Apis Cor” şirkəti Dubayda dünyanın ən böyük 3D çap binasını istifadəyə verib.

Şirkətin mətbuat xidmətinin verdiyi məlumata görə, sahəsi 640 m2, hündürlüyü 9,5 m. olan  ikimərtəbəli inzibati binanın hazırlanmasında yalnız bir 3D printerdən istifadə olunub. Hətta binanın bəzi hissələri əl ilə quraşdırılıb.

“Apis Cor”-un istehsal etdiyi portativ 3D printer binanın hissələrini qatbaqat yığaraq aralarını sement qarışığı ilə bərkidib. Daha sonra binanın hazırlanmasında iştirak edən 3 inşaatçı qapı və pəncərələri quraşdırıblar.

hightech.fm saytı xəbər verir ki, ümumilikdə binanın hazırlanması prosesi təxminən üç həftə çəkib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.