Hətta ən ölümcül superbakteriyaları dəf edən material hazırlanıb.
Tədqiqat Makmaster Yoluxucu Xəstəliklər İnstitutu, eləcə də Makmaster Elektron Mikroskopiyanın Kanada Mərkəzi ilə əməkdaşlıq edən Leyla Süleymani və Tohid Didarın rəhbərliyi altında həyata keçirilib.
Məlum olduğu kimi, bakteriyalar və viruslar istənilən səthə düşərək sürətlə çoxalırlar. Həm gündəlik həyatda, həm də cərrahi əməliyyatlar zamanı səthlərin mikroorqanizmlərdən təmizlənməsi və dezinfeksiya edilməsi olduqca vacibdir.
Material xəstəxanadan mətbəxə qədər yüksək təmizlik tələb edən şəraitdə, həmçinin bağırsaq çöpü, salmonella, listeriya kimi bakteriyaların təsadüfi daşına biləcəyi qida məhsullarının qablaşdırmasında istifadə edilə bilər.
hi-news.ru saytının məlumatına görə, universitetin tədqiqatçılar qrupunun hazırladığı material bakteriyaların hər bir növündən özünü təmizləyə bilir. Bu səth görünüşündə adi plastik kütlədən fərqlənmir və bütün xarici təsirləri istisna edən mikroskopik "qırışlar" ilə toxunub.
Elm adamları real vaxt çərçivəsində elektron mikroskopdan istifadə edərək səthin effektivliyini yoxlaya biliblər və aparılan təcrübələrdə materialın effektivliyi 87% özünü doğruldub. Nəticə olaraq, onun tibbi məqsədlər üçün istifadə potensialının yüksək olduğu ortaya çıxıb.
Hazırda mütəxəssislər yeni texnologiyanın kommersiya tətbiqi üzərində işləyir, eləcə də onu antibakterial vasitələrin əsas hissəsinə çevirməyə və bakteriyaları itələmə xüsusiyyətini artırmağa çalışırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.