Amerikanın “Skyryse” şirkəti ticarət uçuşları üçün pilotsuz vasitə kimi təsdiqlənmiş dünyanın ilk avtonom idarəetmə vertolyotunu təqdim edib. Qurğunun uçuş sınaqları uğurla həyata keçirilib.
Qurğu hazır vertolyot modelinin dəyişdirilməsi nəticəsində hazırlanıb. “Flight Stack” dəstini quraşdırmaq üçün sınaq platforması olaraq dörd nəfərlik “Robinson R-44” vertolyotu seçilib. Xüsusi idarəetmə dəsti həm tam, həm də qismən sərbəst uçuşu təmin edir.
4pda.ru saytının məlumatına görə, “Flight Stack” dəstinə “ağıllı enmə meydançası” adlanan sensor panellər də daxil edilib. Pilotsuz vertolyotda hava şəraiti, ətrafdakı quşlar, eləcə də dronlar və uçuş edən digər obyektlər haqqında əlavə məlumat verən sistem quraşdırılıb.
Mütəxəssislər qeyd edirlər ki, bütün sistemlər ABŞ Federal Aviasiya Administrasiyası şəbəkələri ilə məlumat mübadiləsində fəaliyyət göstərəcək. Pilotsuz uçuş vertolyotunun kommersiya fəaliyyətinə başlama tarixinin qısa vaxt ərzində açıqlanacağı gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.