Unikal tomoqraf yaradılıb

13 Dekabr 2019 - 12:03 | Texnoloji yeniliklər
Unikal tomoqraf yaradılıb

Rusiyalı alimlər çəkisi 250 kiloqrama qədər olan pasiyentləri qəbul edə bilən unikal MRT (maqnit-rezonans tomoqrafiya) aparatı yaradıblar. Onun analoqları 150 kiloqram maksimal çəkiyə malik pasiyentləri qəbul edir. Yeni cihazın öz çəkisi isə digərləri ilə müqayisədə 1,5 ton azdır.

meddaily.ru saytının məlumatına görə, hazırda Rusiyada bir MRT müayinənin orta qiyməti 63-190 dollar təşkil edir. Yeni tomoqraf bu qiyməti iki dəfə azaltmağa imkan verəcək. Həmçinin göstərilən təsvirin sahəsinin artırılması sayəsində müayinənin müddəti azalacaq.

Eyni zamanda MRT cihazının istismarı üçün güclü soyutma sistemi lazım deyil, çünki enerji istehlakı 1 kVt-ı ötmür. Alimlərin sözlərinə görə, yeni tomoqraf aparatını, hətta günəş batareyaları və külək generatorlarından qidalandırmaq mümkün olacaq. Test nümunəsi artıq hazırdır. Qurğunun 2-3 il sonra kütləvi istehsal edilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.