Dünyada ilk dəfə olaraq 3D printerdə rayon çap edilib

12 Dekabr 2019 - 10:07 | Texnoloji yeniliklər
Dünyada ilk dəfə olaraq 3D printerdə rayon çap edilib

“New Story” qeyri-kommersiya təşkilatı 3D printerdə çap olunan dünyanın ilk rayonunu açıb. O, Meksikanın cənub-şərqindəki Tabasko ştatında yerləşir.

Bu bölgədə həddindən artıq yoxsulluq şəraitində, tez-tez təhlükəli və müvəqqəti sığınacaqlarda yaşayan ailələr üçün 50 ev tikmək şirkətin əsas məqsədi olub. Seçilmiş ailələr evləri əlavə faiz olmadan alacaqlar. İpoteka kreditinin dəyəri 7 il ərzində ödəyəcəkləri təxminən 400 meksika pesosu (ayda təxminən 20 dollar) təşkil edəcək.

hightech.fm saytının məlumatına görə, tikinti üçün qat-qat ucluqdan sementi çıxaran və evlərin əsas konstruksiyalarını çap edən “Icon Vulcan II” printerindən istifadə edilib. Bu proses bir evdə təxminən 24 saat çəkib. Digər konstruksiyalar - dam, pəncərə və qapılar əl ilə quraşdırılıb.

“Bizim 3D printerimiz kənd ərazilərində səciyyəvi olan məhdudiyyətli şəraitdə işləmək üçün hazırlansa da bir çox problemlərlə üzləşdik”, - deyə “New Story” əməkdaşları qeyd ediblər: “Qeyri-stabil elektrik enerjisi, yağış nəticəsində tikinti sahəsinə gedən yolu su basması bu problemlər sırasında idi. Lakin bu əhalinin kasıb təbəqəsinin mənzil çatışmazlığı probleminin həlli üçün nəzərdə tutulmuş yeganə printerdir”.

Evlərdə elektrik və su kəməri birləşmələri mövcuddur. “New Story” nümayəndələri qeyd ediblər ki, onlar evləri həm yerli seysmik şərtlərə, həm də zamanın sınağına tab gətirməsini təmin etmək məqsədilə standart təhlükəsizlik tələblərinə cavab verəcək şəkildə layihələndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.