“Softline” və Rostelekom Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyasının – “Rosatom”un Buryatiya Respublikası ərazisində yerləşən uran mədənin işçiləri üçün hazırladıqları “ağıllı dəbilqə” proqram-aparat kompleksini təqdim ediblər.
“Ağıllı dəbilqə” istehsalat sahəsində çalışan əməkdaşların fiziki təhlükəsizliyini artırmağa kömək edəcək.
“Bu il Rosatom Vision Zero – “istehsalatda sıfır zədə” layihəsinə başlayıb” – deyən “Hiaqda” ASC-nin baş direktoru Andrey Qladışev vurğualyıb ki, “ağıllı” dəbilqənin ilk 150 istifadəçisi Rosatomun təhlükəli istehsal müəssisələrində çalışan əməkdaşları olacaq.
Sistemi hazırlayan mühəndislərin sözlərinə görə, layihə təkcə işçilərin təhlükəsizliyini təmin etməyəcək, yaxın gələcək də həm də öz iqtisadi effektini göstərəcək. “Ağıllı dəbilqə” istehsalatda təmir və s. ayrılan xərcləri azaltmağa, xammala qənaət etməyə, istehsal olunan məhsulların keyfiyyətini və kəmiyyətini artırmağa imkan verəcək.
Proqram-aparat kompleksi işçinin hündürlükdən yıxıldığı və ya zərbə aldığı anda dispetçerə siqnal ötürür, xəsarət alanın yerini müəyyənləşdirməyə kömək edir.
“Softline” şirkətinin “ağıllı dəbilqə” layihəsinin rəhbəri Nikolay Sudarikov deyib ki, – “yaxın gələcəkdə “ağıllı” poliqonda çalışan əməkdaşlar üçün hazırlanan “ağıllı” dəbilqənin funksionallığını artırmaq məqsədilə uzaqdan idarəolunan telemetriyadan istifadə etməyi planlaşdırırlar. Yeni sistemin köməyi ilə hər bir işçinin müəyyən vaxt ərzində aktiv əmək fəaliyyəti haqqında statistik təhlil aparmaq mümkün olacaq”.
Qeyd edək ki, “ağıllı poliqon” Rusiya Federasiyasının Buryatiya Respublikası ərazisində yerləşən uran mədənində istifadəyə verilib. comnews.ru saytının verdiyi xəbərə görə, layihə artıq “Rosatom” Dövlət Korporasiyasının vahid rəqəmsal strategiyasına daxil edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.