Çin və ABŞ alimləri neyroşəbəkəyə videonun köməyilə dodaq hərəkətlərindən oxumaq üzrə nitqi tanımağı öyrədiblər.
naukatv.ru saytının məlumatına görə, dodaq hərəkətlərindən oxumaq üçün effektiv alqoritmlər yaratmaq cəhdlərinə uzun müddətdir ki, başlanılıb. Lakin hətta ən müasir proqramlar səsli nitqi tanıyan alqoritmlər kimi effektiv işləmir. Çjetszyan Universitetinin mütəxəssisləri nitqin tanınması sisteminin iş metodundan istifadə edən “LIBS” texnologiyasını hazırlayıblar. “LIBS” videodan lazımi audioməlumatları çıxarır, eyni zamanda baş verənlərin kontekstinə və danışan insanın dodaq hərəkətlərinə yönəlir. Sonra neyroşəbəkə bu informasiyanı videoməlumatla əlaqələndirir və müxtəlif variantların tamamlanması üçün filtrasiya parametrindən istifadə edir.
Biliklərin “distillə”si metodu böyük həcmli verilənlərlə öyrədilmiş neyroşəbəkənin digər şagird-neyroşəbəkə üçün müəllim-model kimi çıxış etməsinə əsaslanır. Hər iki şəbəkə eyni məlumat toplusunu əldə edir, lakin bu zaman şagird müəllimi təkrarlamağa çalışır. Yeni tədqiqatda audioyazı üzrə nitqin tanınması neyroşəbəkəsi dodaq üzrə oxumağı öyrənən alqoritm üçün müəllim rolunu oynayır. Nəticələr göstərib ki, yeni alqoritm daha əvvəl yaradılmış proqramlarla müqayisədə nitqi dodaq üzrə 7,66 faiz daha yaxşı tanıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.