Korporativ mobil cihazları idarə etmək üçün açıq mənbə platforması yaradılıb

06 Dekabr 2019 - 14:48 | Maraqlı məlumatlar
Korporativ mobil cihazları idarə etmək üçün açıq mənbə platforması yaradılıb

Mobil qurğuların idarə edilməsi üçün açıq kodlu “Headwind Solutions” platforması quraşdırma üçün əlçatandır.

Sankt-Peterburq şirkəti “Headwind Solutions” korporativ mobil cihazların idarə edilməsində sistem administratorlarının işini asanlaşdıran proqram sistemi hazırlayıblar. Dünyanın ilk belə məhsulu açıq koda malik yeni xüsusiyyətli mobil qurğuları idarəetmə platforması şirkətin iş proseslərində yükləməyə və tətbiq etməyə əlçatandır.

iksmedia.ru saytının məlumatına əsasən, “Hadwind Solutions” şirkətinin əsas istehsalçısı Vsevolod Mayorovun fikrincə, platforma sistem administratorunun şirkətin mobil qurğuların dəstəyinə sərf etdiyi vaxtı azaltmaq, idarəetməni vahid mərkəzə yaxınlaşdırmaq və əməkdaşları iş tapşırıqlarına yönəltmək üçün hazırlanıb.

MDM platformasının iş prinsipləri haqqında danışan Vsevolod Mayorov qeyd edir ki, platformanın əsas üstünlüyü açıq mənbə kodu, daha doğrusu, “Open Core” prinsipidir. Açıq kodlu platformanın əsasını istifadəçi pulsuz əldə edə bilər və əlavə modullar, əlavələr, korporativ müştərilərin ixtisaslaşdırılmış tələblərinə uyğunlaşma, habelə məhsulun tətbiqi və texniki dəstəyi xidmətləri ola bilər.

İstehsalçılar hesab edirlər ki, MDM platforması topdansatış ticarət şirkətləri, sərnişin və yük taksiləri, logistika və yükdaşıma, anbar xidmətləri və s. kimi çox sayda işçisi olan şirkətlər üçün mükəmməl vasitə ola bilər.

Serverdəki mobil cihazların uçotu, uzaqdan quraşdırma, yeniləmə və mobil tətbiqetmələrin çıxarılması, əlavə modulların funksionallığı, istifadəçi hərəkətlərinin məhdudlaşdırılması sistemin əsas funksiyaları sırasına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.