Ən böyük barmaq izi skaneri təqdim edilib

05 Dekabr 2019 - 11:00 | Texnoloji yeniliklər
Ən böyük barmaq izi skaneri təqdim edilib

“Qualcomm” şirkəti “3D Sonic Max” adlı ikinci nəsil ultrasəs barmaq izi skanerini təqdim edib. Yeni qurğu adi sensorlardan 17 dəfə böyükdür. Artıq eyni zamanda iki barmağı skan etmək mümkündür. Onun növbəti ildə istehsal olunacaq smartfonlarda öz tətbiqini tapacağı gözlənilir.

hi-tech.mail.ru saytının məlumatına əsasən, “3D Sonic Max” artıq barmaq izini daha yüksək dəqiqliklə tanıyır. Şirkət nümayəndələri əvvəlki versiyadakı çatızmazlıqların üzərində işlədiklərini bildiriblər.

Orijinal “3D Sonic”in tanıma dəqiqliyi və işləmə sürəti ilə bağlı bir neçə çatışmazlığı var idi. Bundan başqa, bəzi smartfonlarda qoruyucu şüşələrin duzdan təmizlənmiş tipi istifadə olunduqda daktiloskop ümumiyyətlə istənilən barmaq izlərini qəbul edirdi. “3D Sonic Max”ın ekranı altındakı daktiloskop dəqiqlik və təhlükəsizliklə bağlı çatışmazlıqlardan qurtulacaq. Lakin yeni nəsil skanerlər daha sürətli işləməyəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.