Çinin dəmiryol stansiyalarında cinayətkarların tapılmasına kömək etmək üçün skaner və üztanıma texnologiyası ilə çalışan robot-polislər istifadəyə verilib.
Bu qurğu çoxsaylı sərnişinləri diqqətlə “araşdıraraq” gözləmə zalında hərəkət edərək orada əyləşənləri müşahidə edir, eləcə də onların üz cizgilərini axtarışda olan cinayətkarlar ilə müqayisə edərək tanıyır.
belta.by saytının məlumatına görə, robot-polisi Çinin şimal-şərqindəki Çanqçun dəmiryol stansiyasında görmək mümkündür.
Qeyd edək ki, üzün tanınması texnologiyasının tətbiqi Çinin hava limanlarından ofis binalarınadək əksər obyektlərində geniş yayılıb.
Dövlət rəsmilərinin fikrincə, ölkədə “həqiqi adların qeydiyyatı” siyasəti qüvvədə olduğu üçün, vətəndaşların rəsmi dövlət identifikatoruyla öz onlayn hesablarını əlaqələndirmələri vacibdir.
Xatırladaq ki, bu ilin avqust ayında Çində xüsusi olaraq polis xidməti üçün hazırlanan və insanlarla müstəqil əlaqə qura bilən ilk süni “polis üçlüyü” istifadəyə verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.