Bir neçə onillik ərzində fəal şəkildə inkişaf edən kosmik proqramdan fərqli olaraq, Rusiyada süni intellektin formalaşması məsələsinə son zamanlarda baxılmağa başlanılıb. Yaxın gələcəkdə ölkədə süni intellektin inkişafı üzrə ixtisaslaşmış mərkəzin yaradılması planlaşdırılır.
4pda.ru saytının məlumatına görə, yeni struktur 2030-cu ilədək süni intellekt tətbiqi üzrə milli strategiya çərçivəsində tədbirlərin səmərəliliyini artıracaq və bu sahədə xarici mütəxəssislərlə əməkdaşlıq etməyə imkan verəcək.
Belə bir təşkilatın sektordakı problemlərin tənzimlənməsində hökumətə kömək edəcəyi, eyni zamanda süni intellekt tətbiqində və Moskvada “ağıllı” şəhər konsepsiyasının inkişafında iştirak edəcəyi gözlənilir. “Ağıllı” şəhər konsepsiyası paytaxtda həyat səviyyəsini yaxşılaşdırmaq, tıxacları aradan qaldırmaq və tullantıların atılmasını sistemləşdirmək üçün nəzərdə tutulub.
Mütəxəssislərin fikrincə, süni intellekt mərkəzinin yaranması həm də özəl İT şirkətlərinin inkişafının vahid bazasını formalaşdırmağa kömək edəcək, 2025-ci ilə qədər miqdarı 40 milyarda çatması proqnozlaşdırılan cihazların sayının artmasına, blokçeyn və Əşyaların İnterneti üzrə layihələrin inkişafına töhfə verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.