Dekabrın 1-dən etibarən Çində yeni qanun qüvvəyə minib. Bu qanuna əsasən, bütün vətəndaşlara İnternetə giriş üçün yalnız milli şəxsiyyət vəsiqəsi deyil, həm də sifətin skan edilməsi vasitəsilə əlavə identifikasiya lazım olacaq.
Təşəbbüs İnternet-fırıldaqçılıq halları ilə mübarizəyə yönəldilib. Lakin o, eyni zamanda şəbəkə anonimliyi səviyyəsini aşağı endirir. Şəbəkə anonimliyinin azaldılması istifadəçilərin təhlükəsizliyi üçün həyata keçirilir.
hi-tech.mail.ru saytının məlumatına əsasən, qanun layihəsi cari ilin sentyabr ayında, Honkonq ərazisində ekstradisiya haqqında qanuna qarşı etirazların artıq 6 aydır ki, davam etdiyi zamanda təklif olunub. Belə ki, etiraz hərəkatının iştirakçıları fəaliyyətin koordinasiyası üçün İnternet xidmətlərindən istifadə edirdilər.
Ölkənin küçələrində quraşdırılan nəzarət sistemlərində sifətin tanınması texnologiyasından geniş istifadə olunur. Çin bu kimi texnologiyaların tətbiqi üzrə dünya lideri olub. 2017-ci ildə Koreya Xalq Respublikasında artıq 170 milyon kamera işləyirdi, 2020-ci ildə isə bu göstərici 400 milyonadək yüksələcək. Artıq çinlilər gündəlik həyatda (məsələn, hava limanında naviqasiya və ya supermarketdə məhsulların ödənişi üçün) sifətin tanınması texnologiyasından aktiv istifadə edirlər.
Bir çox ölkələrdə mobil İnternetə giriş üçün istifadəçiyə SIM-kartların rəsmiləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən rəsmi sənəd lazımdır. Çin bu proseduru istifadəçi məlumatlarının uyğunluğunu yoxlamaq üçün sifətin skan edilməsi ilə tamamlayır. Beləliklə, səlahiyyətli şəxslər istənilən istifadəçinin identifikasiyası mexanizminə sahib olacaqlar. Belə ki, çinlilərin əksəriyyəti şəbəkədən öz smartfonları vasitəsilə istifadə edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.