Yeni mobil proqram iflic olmuş insanlarla ünsiyyət saxlamağa imkan verəcək

27 Noyabr 2019 - 16:34 | Texnoloji yeniliklər
Yeni mobil proqram iflic olmuş insanlarla ünsiyyət saxlamağa imkan verəcək

Rusiyalı Pavel Yeqorov yan amiotrofik sklerozdan (YAS) əziyyət çəkən insanlar üçün “Ninoçka” adlı ödənişsiz proqram-kommunikator yaradıb. Bu xəstəlik zamanı insan öz bədəninə nəzarət etmək və normal ünsiyyət saxlamaq qabiliyyətini itirir.

meddaily.ru saytının məlumatına görə, proqram bu problemi həll edir. O, həm də ağır mərhələdə olan digər sinir-əzələ xəstəliklərindən əziyyət çəkən pasiyentlər üçün nəzərdə tutulub. Tətbiq əlifbanın proqramla kommunikatoru birləşdirən elektron versiyasıdır.

Məlumdur ki, yan amiotrofik skleroz olan insanlar yalnız göz hərəkətlərinə nəzarət edə bilir, nitq funksiyasını itirir və tez yorulurlar. Buna görə də standart “eye-tracker”lərin (göz hərəkətlərini izləmə sistemləri) və ensefaloqrafiyaya əsaslanan qurğuların bütün üstünlükləri əhəmiyyətini itirir. Yeni proqramdan istifadə olduqca asandır və kağız əlifbalara yaxşı alternativdir. O, hazırda “Google Play” proqramlar mağazasında “Android” əməliyyat sistemi ilə işləyən bütün telefon və planşetlər üçün əlçatandır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.