“Xiaomi” şirkəti tezliklə ucuz smartfon qiymətinə satışa çıxarılacaq portativ tərcüməçi hazırlayıb.
hi-tech.mail.ru saytının məlumatına əsasən, qurğu piksel sıxlığı 357 ppi olan 4,1 düymlük sensor displeylə təchiz edilib. 3000 milliamper/saat tutumunda batareya 5 saat ərzində fasiləsiz tərcümə rejimini təmin edir, gözləmə rejimində 19 saat işləyir.
Tərcüməçi danışan şəxsin istiqamətini avtomatik müəyyənləşdirərək, uzaq məsafədən səsin qəbulunu dəstəkləmək üçün eyni anda 6 mikrofondan istifadə edir. Qurğu sözləri tanıyaraq, onları tərcümə edir və ekranda göstərir.
Tərcüməçi 170 regionda istifadə olunan 18 dili dəstəkləyir. Cihaz əlavə olaraq 8 meqapiksellik kamera ilə təchiz edilib ki, onun vasitəsilə yazıları tərcümə etmək olar. Həmçinin qurğu faylların kompüter və ya smartfona ötürülməsi üçün “Wi-Fi” bağlantısını dəstəkləyir.
Noyabrın 26-da satışa çıxarılacaq qadcetin qiyməti 185 dollar təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.