“Slack” texnologiya şirkəti görmə qabiliyyətini itirən insanlara barmaqları ilə fotoları görməyə imkan verən cihaz təqdim edib. Bu qurğu ekranına toxunduqda hiss edilən elementlər toplusundan ibarət olduğu üçün tabletə bənzədilir.
planet-today.ru saytının məlumatına görə, cihaz görmə qabiliyyətindən məhrum insanlar tərəfindən oxuna bilən və barmaqların hiss etdiyi elementlərdən nümunələr yaradır. Onun köməyi ilə insanlar həm şəkil və qrafik materialları görə, həm də Brayl əlifbasıyla yazılmış kitabları oxuya bilərlər.
Xatırladaq ki, Rusiyada buna bənzər qurğular daha əvvəl yaradılıb. “Kiçik və orta sahibkarlıq və vətəndaşların fərdi sahibkarlıq təşəbbüsünə dəstək” layihəsi çərçivəsində hökumət tərəfindən maliyyə dəstəyi alan şirkət tərəfindən gözdən əlil insanlara İnternetdən məlumatları oxumağa imkan verən cihazı buna nümunə göstərmək olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.