“Philips Lighting”in keçmiş bölməsi olan “Signify” şirkəti avtobuslarda işıq dalğaları vasitəsilə genişzolaqlı İnternet bağlantısının yoxlanması üzrə pilot layihəsinə başlayıb.
“Signify”nin təqdim etdiyi “LiFi” (Light Fidelity) sistemi “Trulifi” adlanır. O, genişzolaqlı İnterneti radio dalğaları ilə deyil, işıq vasitəsilə ötürən Wi-Fi alternativini təşkil edir.
Pilot layihə çərçivəsində şirkət məlumat ötürülməsi üçün kanal kimi çıxış edən hər avtobus oturacağının üzərində LED işıqlandırma quraşdırıb. Hər bir sərnişin radio diapazonunda işləyən ümumi şəbəkələrdən istifadə etmək əvəzinə başının üstündəki işıq mənbəyi vasitəsilə şəbəkəyə qoşulur.
hightech.fm saytının məlumatına əsasən, “Li-Fi” şəbəkəsi işıqlandırılmış sahə ilə məhdudlaşdığı üçün bu, əlaqənin artan təhlükəsizliyini təmin edir. Avtobusun hərəkəti zamanı dalğalanmalar işıqlandırma vasitəsilə ilə yayılan siqnala təsir göstərmir, buna görə də o öz sabitliyi ilə fərqlənir. İşıq səviyyəsi də ona təsir etmir: spektrin insan gözü ilə qəbul edilməyən infraqırmızı sahəsi əlaqə kanalı kimi istifadə olunur.
Şirkət nümayəndələrinin sözlərinə görə, “Trulifi” yüksək keyfiyyətli rabitəni təmin edir. Bundan əlavə, hər bir sərnişinə kondisioner sisteminin işini və oturacağın üstündəki işıqlandırma səviyyəsini nizama salmağa, eləcə də səyahətdə yemək sifariş etmək imkanı verir. Bu funksiyaları ön oturacağın arxasında yerləşən ekran vasitəsilə idarə etmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.