İsveçin Malmö Universiteti yeni törəmə vasitəsilə buraxılan molekulları analiz edən plastır şəkilli sensor üzərində işləyir. Onun köməyilə bir neçə dəqiqə ərzində diaqnoz qoymaq mümkündür.
meddaily.ru saytının məlumatına görə, yeni plastır biopsiyaya son qoya bilər. Bu, analiz üçün toxuma nümunəsinin götürülməsini nəzərdə tutan ağrılı və riskli prosedurdur. Diaqnozun qoyulmasına bir neçə həftə sərf olunur. Alimlər xərçəng törəməsinin müəyyən molekullar yayacağı fikrini irəli sürüblər. Lakin plastırın bu molekulları tutmaq qabiliyyətinə dair son nəticələr mütəxəssislər tərəfindən 2021-ci ildə təqdim ediləcək.
Alimlər effektivliyin qiymətləndirilməsi üçün plastırı sağlam könüllülər və xərçəng xəstələri üzərində sınaqdan keçirəcəklər. Onlar hazırda plastırın prototipi üzərində çalışırlar. Həmçinin tutulan molekulların analizinin optimal üsulunu axtarırlar. Hər halda son məhsul biopsiya prosedurundan daha az xərc tələb edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.