Rəqəmsal transformasiya gün-gündən iqtisadiyyatın bir çox sahələrini və qlobal bazarı daha geniş şəkildə əhatə edir.
Əşyalar İnterneti, Bulud texnologiyaları, süni intellekt, blokçeyn texnologiyaları hökumət ilə vətəndaşlar, müəssisələr ilə müştərilər arasında əməkdaşlığı asanlaşdırır, habelə xərcləri və riskləri azaltmağa, qazancı artırmağa və yeni biznes layihələrinə qoşulmağa kömək edir.
Milli iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində daha çox uğur qazanan ölkələr Çin, Cənubi Koreya, Sinqapur, Yeni Zelandiya, Danimarka hesab olunur. Artıq Azərbaycan (“Digital Azerbaijan”), Qazaxıstan (“Digital Kazakhstan”), Qırğızıstan (“Таза Коом”) və bir sıra Mərkəzi Asiya ölkəsi öz rəqəmsal milli planını dərc edib.
20-21 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Almatıda “IoT&AI World Digital Summit Eurasia 2019 (Avrasiyada Əşyalar İnterneti və süni intellekt 2019)” II Ümumdünya rəqəmsal sammiti keçiriləcək.
“IoT&AI World Digital Summit Eurasia 2019” çərçivəsində “Böyük verilənlər və süni intellekt”, “Kibertəhlükəsizllik”, “Virtual və tamamlanmış reallıq” və s. mövzulara həsr olunan sessiyalar, dəyirmi masalar, diskusiyalar keçiriləcək. Həmçinin innovativ həlləri özündə ehtiva edən milli startaplar nümayiş olunacaq.
“IoT&AI World Digital Summit Eurasia 2019” II Ümumdünya rəqəmsal sammiti haqqında ətraflı məlumatı buradan əldə etmək olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.