Çin Xalq Respublikasının Şenyan Avtomatlaşdırma İnstitutunun alimləri göydələnlərdə pəncərə və şüşə panellərin bərkidilməsinin etibarlılığını yoxlamaq üçün pilotsuz heksokopter hazırlayıblar.
hightech.fm saytının məlumatına görə, göydələnlərdəki fiksasiya panellərinin bütövlüyü və etibarlılığını daim yoxlamaq məqsədilə binaların divarına enən insanlardan çox vaxt və böyük risk tələb olunur. Problemi həll etmək üçün tədqiqatçılar daxilindəki təzyiq sensoru ilə toxunuş qolu olan dron hazırlayıblar.
Pilotsuz aparat hər panelə toxunaraq onu yoxlamaq üçün bir sensordan istifadə edəcək. Panel zəif sabitlənərsə, təzyiq aşağı olacaq və bu, potensial namizədləri müəyyənləşdirməyə kömək edəcək.
Xatırladaq ki, daha əvvəl “Volocopter” şirkəti, kənd təsərrüfatı maşın istehsalçısı John Deere ilə bitki toxumlarını havadan səpən nəhəng bir quadrokopter hazırlamaq üçün müqavilə imzalayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.