Süni intellekt ildırım çaxacağını hadisədən 30 saniyə əvvəl proqnozlaşdıracaq

12 Noyabr 2019 - 10:15 | Texnoloji yeniliklər
Süni intellekt ildırım çaxacağını hadisədən 30 saniyə əvvəl proqnozlaşdıracaq

Lozanna Universitetinin alimləri hadisədən 30 saniyə əvvəl, yalnız hava məlumatları əsasında şimşək çaxacağını proqnozlaşdıra biləcək süni intellekt yaradıblar.

hightech.fm saytının məlumatına görə, o, müxtəlif növlərdə və meteoroloji şəraitdə buludların axıntılarının qradiyent texnikasından istifadəsi barədə təlim keçib. Yeni texnika, sələflərinin səhvlərindən öyrənən, nisbətən qeyri-dəqiq proqnozlaşdırılan neyron şəbəkələrinə əsaslanır.

Daha sonra onlarla hava stansiyasının məlumatları sinir şəbəkəsinə yüklənib. Onların əsasında süni intellekt temperatur, rütubət və hava təzyiqindəki xarakterik dəyişikliklərdən, eləcə də digər hava məlumatlarından ildırım vurmağını proqnozlaşdırmağı öyrənib. Bu proqnozun dəqiqliyi 76% təşkil edir.

Mütəxəssislərin məlumatına əsasən, süni intellekt dünyanın ən ucqar guşələrində də istənilən hava stansiyasının toplaya biləcəyi məlumatlardan istifadə edərək ildırımın çaxacağını əvvəlcədən proqnoz edə bilir.

Xatırladaq ki, daha əvvəl ABŞ-dan olan tədqiqatçılar zəlzələ fizikasını anlamaq və yaxınlaşan təbii hadisələrin əlamətlərini müəyyən etmək üçün süni intellektdən istifadə ediblər. Laboratoriya zəlzələlərinin müvəffəqiyyətlə proqnozlaşdırmasından sonra, geofiziklər qrupu Sakit okeanın şimal-qərbində maşın təliminin alqoritmini tətbiq ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.