“Yandex” robot kuryerini təqdim edib

08 Noyabr 2019 - 10:56 | Texnoloji yeniliklər
“Yandex” robot kuryerini təqdim edib

Əmtəə mallarının anbardan birbaşa müştəriyə çatdırılma mərhələsi bahalı hesab olunur. Son illər startaplar və Amazon kimi iri pərakəndə satıcılar paketləri avtonom şəkildə göndərə biləcək kiçik çatdırılma robotlarını sınamağa başlayıb və bununla da kuryerləri əvəz ediblər.

“Yandex” kuryerləri əvəz etmək üçün öz robotunun prototipini təqdim edib. Üç cüt təkəri, naviqasiya kameraları olan robotun yuxarı hissəsində lyuk quraşdırılıb. Lyuku yalnız bir şirkət işçisi və kilidini açmaq üçün mobil tətbiqetmədən istifadə edən bir müştəri aça bilər. Robotun hündürlüyü yarım metrə yaxındır.

Kuryer robotu analoqlarından fərqləndirən xüsusiyyətlərindən biri naviqasiya üçün təkcə kameralardan deyil, eləcə də yuxarıdakı kiçik lövhəyə quraşdırılmış qapaqdan istifadə etməsidir. Bu həm robota qarşısına çıxan əngəlləri daha dəqiq tanımağa, həm də gecə işləməyə imkan verir. Cihaz piyadalar kimi statik və dinamik maneələri tanıya və gediş-gəliş üçün yol aça bilir.

nplus1.ru saytının məlumatına görə “Yandex” bu robotunu öncə öz mənzil qərargahının ərazisində sınaqdan keçirib. Sınaq zamanı “kuryer” sənədləri mənzil qərargahdan şirkətin digər ofislərinə çatdırıb. Gələcəkdə “Yandex”  robotları “Yandex.Food” xidmətində və “Beru” onlayn mağazasında sınamağı, eyni zamanda digər şirkətlərə satmağı planlaşdırır.

Xatırladaq ki, daha əvvəl çatdırma cihazları “Alibaba”, “FedEx” və “Postmates” tərəfindən təqdim edilib. 2018-ci ildə isə Estoniyanın startapı Cleveron, yollarda hərəkət edə bilən, qolunun köməyi ilə bağlamaları poçt qutularına müstəqil köçürmə qabiliyyəti olan 2 metr hündürlüyündə kuryer robotunu təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.