Bu gün gəmilərə müxtəlif növ yüklərin, xüsusilə də ağır obyektlərin çatdırılması gəmi və vertolyotlardan istifadə etməklə həyata keçirilir. Belə çatdırılma həm vaxt tələb edir, həm də xərcləri artırır.
ABŞ Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri ehtiyat hissələri və dərmanları sahildən sualtı qayığa çatdırıblar. Təcrübə Havay adaları sahillərində müvəffəqiyyətlə aparılıb.
nanonewsnet.ru saytının məlumatına görə, sınaq zamanı pilotsuz təyyarə sualtı qayığa 2,3 kiloqram yük göndərib. Bunların arasında qida məhsulları, dərmanlar və çap elektron lövhələri olub. Havay Universitetinin mütəxəssisləri ilə birlikdə aparılan sınaqda dron, altı ay xüsusi təlim keçən sualtı qayığın heyətinin könüllüləri tərəfindən idarə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.