Rusiyanın “Skolkovo Elm və Texnologiya İnstitutu”nun (Skoltex) alimləri bütün xarici amilləri nəzərə alaraq bitki inkişafının təbiətini qiymətləndirmək və proqnozlaşdırmaq üçün neyron şəbəkələrini hazırlayıblar. Süni intellekt qidaya olan tələbatı və onun inkişaf prosesini öncədən müəyyən etmək parametrinə malikdir.
hightech.fm saytının məlumatına əsasən, alimlər bitkinin inkişaf prosesini proqnozlaşdırmaq və mövcud vəziyyətini təhlil etmək üçün sinir şəbəkələrini kompüterin görmə alqoritmləri ilə qarşılıqlı şəkildə işləyiblər. Sistem xarici “Intel Movidius” qrafik kartı olan “Raspberry Pi” kompüterinə əsaslanır. Cihazda 1990-cı illərin ortalarında superkompüterlərlə müqayisə olunan cəmi 1 vatt gücündə 150 giqaflop sürətlə işləyən kompakt və güclü “Myriad” 2 qrafik prosessorundan istifadə edilir.
Gələcəkdə alimlər bu kompüterləri geniş bazara çıxarmaq niyyətindədirlər. Onların sözlərinə görə, cihaz kənd təsərrüfatında monitorinq şəbəkələrinin yaradılması üçün əsas ola bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.