Ayın gələcək tədqiqatçıları “OffWorld” şirkətinin hazırladığı “ağıllı” robotlardan istifadə edə bilərlər. Mühəndislər elmi məsələləri yerinə yetirən, müxtəlif işlərdə fəaliyyət göstərən, hətta ən ekstremal şəraitdə işləyən onlarla sənaye qurğusu qurmağı planlaşdırırlar.
“OffWorld” şirkəti tərəfindən hazırlanan “ağıllı” robotlar astronavtlara kömək edəcəklər. Hazırda Kaliforniya şirkəti yerüstü robotların işlənib hazırlanması üçün müxtəlif sifarişlər alıb. Bu robotlar insan üçün təhlükəli hesab edilən dağ-mədən işləri ilə məşğul ola bilərlər.
hightech.fm saytının məlumatına əsasən, texnologiya erkən mərhələdə olmasına baxmayaraq, “OffWorld” gələcəkdə kosmosda istifadəsi üçün NASA ilə tərəfdaş olmağı planlaşdırır.
“OffWorld” şirkətinin baş direktoru Cim Keraval bildirib ki, növbəti robot hazırlamaları NASA astronavtları üçün Ayın səthinə enməni nəzərdə tutan missiyada faydalı ola bilər və yerinə yetiriləcək bu missiya 2024-cü ilə planlaşdırılıb. “Biz robotları şaxta, tikinti meydançası, tunel və başqa infrastruktur obyektlərində tətbiq etməklə onların bacarıqlarını təkmilləşdiririk”, – deyə Cim Keraval qeyd deyib.
“OffWorld” şirkəti bu robotların Ayda faydalı olacağına əmindirlər. Onlar astronavtlar üçün içməli suyun və ya raket yanacağının istehsalıyla məşğul ola bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.